Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.
“Qafqazinfo”nun Unikal.org-a istinadən verdiyi məlumata görə, general-polkovnikin imzaladığı əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib.
Xəbəri Nəsimi rayon Polis İdarəsindən təsdiqləyiblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.
Son xəbərlər
Son Xəbərlər