Ramil Usubov qaynını rəis təyin etdi

ramil-usubov-qaynini-reis-teyin-etdi
Oxunma sayı: 13489

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir əmr verib.

Qafqazinfo” xəbər verir ki, Mia.az-ın yaydığı xəbərə görə, nazirin əmri ilə Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisi, general-mayor Nüsrət Şirinova yeni vəzifə verilib. O, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Məlumat üçün onu da bildirək ki, general Nüsrət Şirinov Ramil Usubovun qaynıdır.

Xatırladaq ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət öncə pensiya yaşının çatması ilə bağlı işdən çıxarılıb.