General-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisini işdən qovub. Bu barədə “Qafqazinfo”ya məlumat sözügedən məktəbdən daxil olub. Məlumata görə, “Serjant şkola” kimi tanınan, nazirliyin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi, polis polkovniki Əli İbrahimov vəzifəsindən rüşvət olayına görə qovulub. Belə ki, məktəbdə rüşvətxorluğun at oynatması ilə bağlı həm nazir Ramil Usubova, həm də Korrupsiyaya qarşı Mübarizə İdarəsinə xeyli sayda şikayətlər olub.
R. Usubov şikayətin araşdırılmasında digər qurumları qabaqlayaraq məsələni yerində öyrənib. Ə. İbrahimova qarşı rüşvət ittihamları təsdiqini tapdığı üçün nazirin əmri ilə o, vəzifəsindən azad olunaraq sərəncama götürülüb. Məktəbin müəllimlərindən izahatlar alınıb. Belə ki, DİN rəhbəri məsələnin şişməsinin qarşısını alaraq onu yerində həll edib.
R. Usubov artıq “Serjant şkola”ya yeni rəis də təyin edib. Belə ki, məktəbin yeni rəisi vəzifəsinə “Bantoettel”dən Seyid adlı, əslən Naxçıvandan olan polis zabiti rəis təyin olunub.
Xatırladaq ki, Ə. İbrahimov nazir Usubova yaxın şəxslərdən olub. Bu adam əvvəllər nazirin şəxsi mühafizəçisi, sonra daxili İşlər Nazirliyinin komendantı, sonda isə “Serjant şkola”nın rəisi olub.
Son xəbərlər
Son Xəbərlər