Ramin Quluzadə nazir təyin olundu - Sərəncam

ramin-quluzade-nazir-teyin-olundu
Oxunma sayı: 14215

Prezident yeni nazir təyinatı ilə bağlı sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilsin.

Qeyd edək ki, ölkə başçısı  ötən ilin noyabr ayında Ramin Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi ilə bağlı sərəncam imzalamışdı. 

Xatırladaq ki, eks-Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də vəzifəsindən azad edilmişdi.