Ramiz anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat edib

ramiz-anasi-ile-eyni-yasda-eyni-xestelikden-vefat-edib
Oxunma sayı: 9681

Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.

Bu barədə “Qafqazinfo”ya mərhumun yaxın dostu, həmkarı Məcid Hüseynov məlumat verib. O, dəfnin saat 16:00-da olacağını bildirib.

Aktyorun sözlərinə görə, hadisə sırağagün gecə baş verib. Belə ki, 42 yaşlı R. Hüseynzadənin beyninə qan sızıb, o, təcili olaraq xəstəxanaya aparılıb:

“Sumqayıtda xəstəxanaya yerləşdirilib. Dünən saat 18:55-də orada dünyasını dəyişib. İki-üç gün əvvəl onunla danışmışdım. Anası da təzyiq problemindən əziyyət çəkib. Onunla eyni yaşda, eyni xəstəlikdən vəfat etdi”.