Ramzan Kadırovun yalanı üzə çıxdı

ramzan-kadirovun-yalani-uze-cixdi
Oxunma sayı: 9960

Çeçenistan lideri Ramzan Kadırovun yalanı üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Kadırov “Tik-Tok”da bu dəfə Luqansk vilayətinin Svetliçnoye kəndinin tutulduğunu bəyan edib. Ancaq sözügedən qəsəbə separatçılar tərəfindən 8 ildir ki, tutulub. 

"Svetliçnoye qəsəbəsi tamamilə azad edilib. General-mayor Şarip Delimxanovun rəhbərliyi ilə çeçen döyüşçülərinin koordinasiyalı hərəkətləri sayəsində quldurların azğınlaşdığı daha bir ərazini mütləq nəzarətə götürmək mümkün olub", - Kadırov yazıb.

O, “təmizləmə əməliyyatı”nın aparıldığını, daha sonra isə “humanitar tədbirlər” görüləcəyini bildirib.
2014-cü ildən Svetliçnoye kəndi "LNR" yaraqlıları tərəfindən işğal olunub. Yeri gəlmişkən, Svetliçnoye real döyüş yerlərindən 100 km-dən çox məsafədə yerləşir.