“Real” “Liverpul”a, “Bavariya” PSJ-yə rəqib oldu

real-liverpula-bavariya-psj-ye-reqib-oldu
Oxunma sayı: 2026

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, püşkdə eyni ölkənin komandaları da bir-birinə rəqib ola bilərdilər. Yekunda İngiltərənin “Mançester Siti” komandası Almaniya “Borussiya”sına rəqib olub. “Real” “Liverpul”la, “Bavariya” PSJ ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6-7 apreldə, cavab qarşılaşmaları isə 13-14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.

UEFA Çempionlar Liqası

1/4 final

Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya)

Portu (Portuqaliya) – Çelsi (İngiltərə)

Bavariya (Almaniya) – PSJ (Fransa)

Real (İspaniya) – Liverpul (İngiltərə)

Yarımfinal

Bavariya (Almaniya)/PSJ (Fransa) – Mançester Siti (İngiltərə)/Borussiya (Dortmund, Almaniya)

Real (İspaniya)/Liverpul (İngiltərə) – Portu (Portuqaliya)/Çelsi (İngiltərə)