Rəisi otağında döydülər - Yenilənib

reisi-otaginda-doyduler
Oxunma sayı: 1046

Cəlilabad rayonunda idarə rəisi kabinetində döyülüb. 

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən “Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb. 

Yerli sakinlərin bildirdiyinə görə, Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib. 

Münaqişənin hansı səbəbədən baş verdiyi hələ ki, məlum deyil.

Artıq bu barədə polis şöbəsinə də məlumat verilib.

***

Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi Aydın Məmmədovun döyülməsinə “Azərişıq” ASC reaksiya verib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo” ya açıqlamasında bildirib ki, hələ ki hadisənin təfərrüartları ilə bağlı məlumatlı deyillər: “İnsident dünən axşam olub.  Hazırda sədr müavinimiz də Cəlilabaddadır. Polis tərəfindən araşdırma aparılır. Yaxın vaxtlarda bununla bağlı məlumat veriləcək”.

Günel Türksoy