Renat Dadaşov rəsmən Polşa klubunda - Yenilənib

renat-dadasov-resmen-polsa-klubunda
Oxunma sayı: 1942

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşmək üzrədir.

“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı forvard karyerasını Polşada davam etdirməyə yaxındır. Türkiyənin “Ankaragücü” klubundan ayrılan Dadaşov Polşanın yüksək liqa təmsilçisi “Radomiak”la anlaşıb.

Polşa mətbuatı Ekstraklasanın 22-ci turunda “Legiya”nı 3:1 hesabı ilə məğlub etdikləri ev matçını Renatın tribunadan izlədiyini yazıb.

Radom təmsilçisi “transfer pəncərəsi”nin bağlanmasına az qalmış bu keçidi açıqlamağa hazırlaşır. 

Qeyd edək ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədiv da “Radomiak”ın formasını geyinir.

***

Renat Dadaşovun “Radomiak”a keçidi rəsmiləşib. Bu barədə klubun rəsmi səhifələri paylaşım edib.