Rəşad Sadıqov AFFA İK-nın qərarını tənqid etdi - Video

resad-sadiqov-affa-ik-nin-qerarini-tenqid-etdi
Oxunma sayı: 2113

"CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində AFFA İcraiyyə Komitəsində qəbul edilən son qərarlar, millimizə baş məşqçi təyinatı məsələsi və sair məsələlər müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, verilişin qonaqları – “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov U-23 millisinin yaradılmasına da toxunublar. R.Sadıqov bu qərarı tənqid edib: “Bu saatlarla müzakirə olunan məsələdir.

Kobud olsa da, deməliyəm ki, mənasız qərardır. Çünki futbolçu sayımız azdır və orada kim çıxış edəcək? U-20 millisini yaratmaq daha yaxşıdır”.

Verilişin U-23-lə bağlı müzakirəsinə videonun 2.35-ci dəqiqəsindən 8.40-cı dəqiqəsinədək olan hissəsində baxa bilərsiniz.