Ruhəngiz Qasımova Honkonqda vəfat edibmiş

ruhengiz-qasimova-honkonqda-vefat-edibmis
Oxunma sayı: 10011

Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova 82 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun məlumatına görə, o, qızının yanında, Honkonqda vəfat edib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqramda bildirib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Saysız-hesabsız sevilən və hit mahnıların müəllifidir.