Rusiya agentləri ifşa edildi

rusiya-agentleri-ifsa-edildi
Oxunma sayı: 3017

Ukraynada 5 Rusiya agenti ifşa edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, onların arasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş məmurları var. 

İstintaq qrupunun fikrincə, Rusiya agentləri bu işə ailələrini öldürmək hədəsi və pul mükafatları verilməklə cəlb ediliblər.