“Rusiya azərbaycanlıları Krıma deportasiya etməyə hazırlaşır”

rusiya-azerbaycanlilari-krima-deportasiya-etmeye-hazirlasir
Oxunma sayı: 12980

“İşğalçılar bu gün etnik azərbaycanlıları, erməniləri və Ahıska türklərini Xerson şəhərindən müvəqqəti işğal olunmuş Krıma zorla deportasiya etməyə hazırlaşırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini - Ukraynanın işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk videomüraciətində bildirib.

“Bizdə olan məlumata görə, işğalçılar bu gün nümayişkaranə aksiya planlaşdırıblar – onlar etnik erməniləri, azərbaycanlıları və Ahıska türklərini Xerson şəhərindən Ukraynanın müvəqqəti olaraq işğal edilmiş Krım yarımadasına deportasiya etmək niyyətindədirlər”, - deyə o qeyd edib.