Rusiya ilə Şimali Koreya arasında 4 ildən sonra ilk - Foto

rusiya-ile-simali-koreya-arasinda-4-ilden-sonra-ilk
Oxunma sayı: 4490

100 rusiyalı turist dördillik fasilədən sonra Şimali Koreyaya səfər edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı Səfirliyi məlumat yayıb.

Rusiyalılar dörd gün Şimali Koreyada qalacaqlar. Onlar Pxenyanla tanış olacaq və dağ-xizək kurortuna gedəcəklər.

Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora isə bildirib ki, Rusiya Federasiyası ilə KXDR arasında müntəzəm hava əlaqələrinin bərpası yaxın gələcəkdə planlaşdırılır: “Tezliklə rusiyalılar üçün Şimali Koreyaya səfərlər asanlaşacaq”.