Rusiya Kasyanovu xarici agent elan etdi

rusiya-kasyanovu-xarici-agent-elan-etdi
Oxunma sayı: 3216

Rusiyanın keçmiş Baş naziri Mixail Kasyanov xarici agentlərin reyestrinə daxil edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, xarici agentlərin reyestrinə daxil edilmiş şəxslərlə yanaşı, o, fəaliyyəti Rusiya Federasiyasının xarici və daxili siyasətini gözdən salmağa yönəlmiş Rusiyanın Müharibə Əleyhinə Komitəsinin üzvüdür.

Qeyd edək ki, Mixail Kasyanov 2000-ci il mayın 17-dən 2004-cü il fevralın 24-dək Rusiya hökumətinin başçısı olub.