Rusiya Ukraynaya məxsus iki “Mi-8” vurub

rusiya-ukraynaya-mexsus-iki-mi-8-vurub
Oxunma sayı: 1206

Rusiyalı hərbçilər sutka ərzində “Donetsk Xalq Respublikası”nda Ukrayna Silahlı Qüvvələrinə məxsus iki “Mi-8” helikopterini vurub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Məlumatda bildirilir ki, Xarkov vilayətində silah və texnika təmiri üzrə sexə, eləcə də atəş mövqeyində olan “Patriot” zenit-raket kompleksinə zərbə endirilib.