Rusiya və İran arasında uçuşlar bərpa edildi

rusiya-ve-iran-arasinda-ucuslar-berpa-edildi
Oxunma sayı: 1040

İranın ən böyük özəl aviaşirkəti olan “Mahan Air” Məşhəddən Moskvaya uçuş həyata keçirib, təyyarə səhər saatlarında Şeremetyevo hava limanına eniş edib.

“Qafqazinfo” bu barədə TASS-a istinadən xəbər verir.

Xatırladaq ki, ölkələr arasında uçuşlar iyunun 13-də dayandırılmışdı. İran İsrailin aviazərbələrindən sonra öz hava məkanını bağlamışdı.