Rusiya XİN-dən Qarabağ - Açıqlaması

rusiya-xin-den-qarabag-
Oxunma sayı: 4632

“Rusiya Azərbaycan və Ermənistan tərəfləri ilə bərabər Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemin həllini istəyir”.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

“Biz digər həmsədrləri ilə bərabər deyil, Azərbaycan və Ermənistan tərəfləri ilə bərabər bu çox mürəkkəb vəziyyətin həllini istəyirik”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Moskva bu məsələnin gündəmdən çıxmağını və münaqişənin beynəlxalq hüquq əsasında həll olunmasını istəyir.