Rusiyada zəncirvari qəza - 7 nəfər öldü

rusiyada-zencirvari-qeza
Oxunma sayı: 2251

Rusiyanın Omskrayonunda iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində 7 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, qəzada ölənlərdən biri azyaşlıdır.

Hadisə P-402 avtomobil yolunun 565-ci km-də, Omsk vilayətinin Lyubinski rayonunun Uvalo-Yadrino kəndi yaxınlığında baş verib. Qəzadan sonra hər üç avtomobil yanıb.

Faktla bağlı araşdırma aparılır.