Rusiyadan Alxanlıda baş verənlərə ilk - Reaksiya

rusiyadan-alxanlida-bas-verenlere-ilk
Oxunma sayı: 934

Qarabağ münaqişəsi zonasında növbəti dəfə qan axıdılması yolverilməzdir. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünki brifinqdə deyib. 

O qeyd edib ki, atəşkəs rejiminin pozulması faktı ilə bağlı Rusiya situasiyanın stabilləşməsi üçün tərəfləri tədbirlər görməyə çağırır:

“Ölənlərin yaxınları və qohumlarına başsağlığı veririk. Hesab edirik ki, növbəti dəfə qan axdılmasına yol vermək olmaz”. 

Zaxarova əlavə edib ki, Rusiya ATƏT-in Minsk qrupunun təcavüzün dayandırılması və danışıqların yenilənməsi ilə bağlı bəyanatını dəstəkləyir.