“Rusiyanı sammitə çağıracağıq, lakin...” - Zelenski

rusiyani-sammite-cagiracagiq-lakin
Oxunma sayı: 3527

“Kiyev Moskvanı ikinci sülh sammitinə dəvət edəcək, amma əminəm ki, Kreml sammiti pozmağa çalışacaq”.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müsahibəsində deyib.

O bildirib ki, Ukrayna tərəfi artıq sülh formulasının əsas bəndlərinə əsaslanan müfəssəl sənəd hazırlayıb.

“Bütün liderlərin istədiyi kimi, Rusiya ikinci sammitdə olmalıdır. Onları dəvət edəcəyik”, - Zelenski vurğulayıb.