Rusiyanın Ermənistandakı səfiri geri çağırılacaq - KİV

rusiyanin-ermenistandaki-sefiri-geri-cagirilacaq
Oxunma sayı: 2109

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin yaxın zamanda geri çağırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qeyd olunub ki, o, bu vəzifəyə 2018-ci ilin aprelində təyin olunub. Diplomatlarla əmək müqaviləsi 3 il müddətinə bağlandığından bu, qanuna uyğun gəlir. Kopirkinlə bu müddət artıq bitib. Diplomatın fəaliyyəti ilə bağlı isə müəyyən narazılıqlar var.