Rusiyaya qarşı həmin təşəbbüsdən imtina etdilər

rusiyaya-qarsi-hemin-tesebbusden-imtina-etdiler
Oxunma sayı: 1337

Macarıstan və Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tribunal yaradılması təşəbbüsündə iştirakdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Budapeşt və Bratislava Aİ-nin xarici siyasət xidmətinə Rusiyaya qarşı tribunalın yaradılmasında iştirak etməmək niyyəti barədə məlumat veriblər”, - məlumatda bildirilir

Qeyd edək ki, bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin 25 ölkəsinin Ukrayna ilə bağlı Rusiyaya qarşı xüsusi tribunalda iştirak etmək istəyini açıqlamışdı. O, bu ölkələrin, nə də iştirakdan imtina edənlərin adını açıqlamayıb.