Saakaşvili yenidən məhkəmədə

saakasvili-yeniden-mehkemede
Oxunma sayı: 1126

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, proses 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi işi ilə bağlıdır.

Saakaşvili Rustavi həbsxanasından məhkəməyə gətirilib. Onun anası Qiuli Alasaniya da prosesdə iştirak edir.

Eks-Prezidentin tərəfdarları məhkəmənin qarşısına toplaşıblar və Saakaşviliyə dəstək aksiyası keçirməyi planlaşdırırlar.