Sabah səhərdən qaz olmayacaq

sabah-seherden-qaz-olmayacaq
Oxunma sayı: 4906

Martın 18-də saat 11-dən 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “30-cu sahə” və “Qazanlar”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Balakən” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər veriri ki, təmir müddətində Balakən rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Sabunçu, Xətai və Nizami rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.