Sabahkı aksiyanın qarşısı amansızlıqla alınacaq

sabahki-aksiyanin-qarsisi-amansizliqla-alinacaq
Oxunma sayı: 878

“Qafqazinfo”ya hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polis sabahkı aksiyaya xüsusi hazırlıq görüb. Belə ki, sözügedən aksiya ilə bağlı yüksək səviyyədə hazırlıqlar davam edir. Hətta aksiyanın xüsusi amansızlıqla qarşısının alınması da nəzərdə tutulub.

Aksiyada saxlanılacaq şəxslər barəsində də ciddi ölçü götürüləcəyi də bildirilir.

Qeyd edək ki, bir qrup müxaliftəçi gənc aksiya üçün BŞİH-ə müraciət ünvanlasa da, meriyanın onlara təklif etdiyi “20-ci sahə” ilə razılaşmayaraq “Fəvvarələr meydanı”ı seçiblər.

Aksiya sabah saat 15.00-da Fəvvarələr Meydanında olcaq.