Şabranda iməcilik aksiyası keçirilib - Fotolar+Video

sabranda-imecilik-aksiyasi-kecirilib
Oxunma sayı: 1148

Şabran rayonunda iməcilik aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iməcilik zamanı aprel ayında yağan güclü yağışların yaratdığı bir sıra fəsadlar aradan qaldırılıb.

Bu addım görülən işlərin davamı olaraq atılıb. Ümumrayon iməciliyində rayonun bütün qurumları iştirak edib.

Eyni zamanda, rayon icra hakimiyyətinin və müvafiq qurumların texnikaları ilə Dəvəçiçayın sağ və sol sahilində bənd bərkitmə işləri də görülüb.