Şabrandakı yanğın məhdudlaşdırıldı - Fotolar-Yenilənib

sabrandaki-yangin-mehdudlasdirildi
Oxunma sayı: 2013

Şabran rayonu, Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

***

FHN-in yaydığı son məlumata görə, Şabran rayonu, Çaraq kəndi ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.