Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

sadir-japarov-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 1168

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

“Qafqazinfo” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.