Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfər proqramı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-8-də baş tutacaq səfər çərçivəsində Ş.Şərif Bakıda Zəfər Günü ilə bağlı keçiriləcək hərbi paradda iştirak edəcək.
Bununla yanaşı, Pakistan Baş naziri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.
Son xəbərlər
Son Xəbərlər