Dünən İctimai Televiziya “Eurovision-2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının Samirə Əfəndi olduğunu açıqlayıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sənətçi üçün hazırlanan klip və mahnı martın 10-dək açıqlanacaq.Hazırda təşkilat komitəsi iki mahnı arasında seçim aparır. Onlar ingilis dilində “Scars” və “Cleopatra”dır.
Ballada janrında olan “Scars” Azərbaycanın “Eurovision -2012” mahnısı olan “When The Music Dies”i (ifaçı Səbinə Babayeva) xatırladır. Mahnının girişində ud ifasına yer verilib.
Digər orta tembli bəstə isə “Cleopatra”dır. Lakin musiqi prodüserlərinin “Scars” üzərində dayanacaqları ehtimal olunur.

Son xəbərlər
Son Xəbərlər