Samirənin “Eurovision” mahnılarından birini qeyri-rəsmi yaydılar - Video

samirenin-eurovision-mahnilarindan-birini-qeyri-resmi-yaydilar
Oxunma sayı: 2581

Azərbaycanı “Eurovision- 2020”də təmsil edəcək müğənni Samirə Əfəndinin yarışma üçün yazılan mahnılarından biri sosial şəbəkədə yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Cleopatra” adlı bəstə qeyri-rəsmi şəkildə müsabiqənin fanları tərəfindən yutuba yerləşdirilib.

40 saniyədən ibarət olan demo versiya daha sonra digər səhifələrdə paylaşılıb.

Qeyd edək ki, İctimai Televiziya mahnı və klipi rəsmi şəkildə martın 10-dək təqdim edəcək. Təşkilat komitəsi seçimi iki mahnı arasında aparır. Onlar “Scars” və “Cleopatra”dır.