Sarkozini həbsxanada polis qoruyur

sarkozini-hebsxanada-polis-qoruyur
Oxunma sayı: 1816

Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsxanada polis tərəfindən qorunur. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes “Europe 1” radiostansiyasına müsahibəsində bildirib. 

“Aydındır ki, o da digər vətəndaşlar kimi bir vətəndaşdır, lakin eyni zamanda, sabiq prezidentin üzləşə biləcəyi daha ciddi təhdidlər mövcuddur”, - o bildirib.

Nazir qeyd edib ki, Sarkozini həbsxanada qorumaq üçün polis əməkdaşlarının göndərilməsi haqqında qərarı şəxsən özü qəbul edib.

Xatırladaq ki, N.Sarkozi sentyabrda 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2007-ci ildəki seçki kampaniyasını qanunsuz maliyyələşdirmək işində təqsirli bilinib. Oktyabrın 21-də isə 70 yaşlı siyasətçi cəzasını çəkəcəyi həbsxanaya yollanıb