Saxlatdırmaq istədikləri taksi yox, təyyarədir - Video

saxlatdirmaq-istedikleri-taksi-yox-teyyaredir
Oxunma sayı: 3530

Almaniyada təyyarəyə gecikən iki rumıniyalı sərnişin təcili çıxışdan içəri daxil olduqdan sonra əl yelləyərək təyyarəni dayandırmağa cəhd ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Köln şəhərindən Rumıniyanın paytaxtı Buxarestə uçan təyyarənin havaya qalxmağa hazırlaşması zamanı baş verib.

Belə ki, yola düşmək üzrə olan təyyarə qapılar bağlandıqdan sonra uçuş-enmə zolağına çıxıb. Bu zaman reysi qaçıran iki rumıniyalı sərnişin hava limanında təcili çıxış qapısını qıraraq uçuş-enmə zolağına daxil olublar.

28 və 47 yaşlı iki nəfərin əl yelləyərək təyyarəni dayandırmağa cəhd etməsi və qəfil uçuş-enmə zolağında görünməsi təyyarənin qalxmasını gecikdirib. Onların “Bizi aparın!”, - deyə qışqıraraq özlərini pilota eşitdirməyə çalışdıqları bildirilir.

Polis hər iki şəxs barəsində Hava Təhlükəsizliyi Qanununu pozduqları üçün qanuni iş başlanıldığını və hadisənin araşdırıldığını açıqlayıb.