“Səbail” – “Zirə” matçında hakimin qərarı müzakirələrə səbəb oldu - Video

sebail-zire-matcinda-hakimin-qerari-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 1407

Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən “Səbail” – “Zirə” matçı gərgin anlarla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, matçın 79-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev rəqib oyunçu Rüstəm Əhmədzadəyə qarşı kobud oynayıb.

Nəticədə VAR hakimləri referi Fərid Hacıyevi epizoda baxmağa dəvət edib. Maraqlıdır ki, baş hakim epizoda baxdıqdan sonra davam qərarı verib.

Referinin bu qərarı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.