Səbaildə böyük tikinti başladı - Fotolar

sebailde-boyuk-tikinti-basladi-
Oxunma sayı: 11466

“Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi Səbail rayonunda mənzil tikintisi ilə bağlı yerli sahibkarlar tərəfindən yeni layihələrə başlanılıb və artıq ilk nəticələr var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Səbail Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqdakı çıxışında rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O, bildirib ki, artıq bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu proses davam edir. Bu işlərin həyata keçirilməsi ilə bir sıra istehsal sahələrinin layihələrə cəlb olunması, yeni iş yerlərinin açılması və ən əsası sakinlərin işlə təminatı məsələləri öz həllini tapacaq. Bildirilib ki, artıq tikinti sektorundakı işlərə maraq xeyli artıb.

Toplantıda aprel ayının ilk günlərində cəbhənin təmas xəttində ermənilərin silahlı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.