ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri təxminən altı həftə müddətinə təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Tramp Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə keçirdiyi görüş zamanı jurnalistlərə açıqlamasında deyib.
Tramp bildirib ki, səfər çərçivəsində Çin sədri Si Cinpin ilə birlikdə Yaponiyanı yüksək qiymətləndirən mesajlar verəcək:
“Çinə səfərim zamanı Yaponiyanı tərifləyəcəyəm”.
O, eyni zamanda, Pekin və Tokio arasında münasibətlərin hələ də gərgin olaraq qaldığını vurğulayıb.
Görüş zamanı Takaiçi isə Yaponiyanın Çinlə münasibətlərin inkişafı üçün dialoqa açıq olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, ABŞ liderinin Çinə səfəri əvvəlcə 31 mart – 2 aprel tarixlərinə planlaşdırılmışdı.
Son xəbərlər
Son Xəbərlər