Şəhid Eşqin Hüseynov dəfn olundu - Yenilənib

sehid-esqin-huseynov-defn-olundu
Oxunma sayı: 5674

Martın 5-də qeyri-qanuni erməni birləşmələrinin təxribatı nəticəsində şəhid olan hərbçimiz Eşqin Hüseynovla vida mərasimi keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, şəhidimizin doğulduğu Tovuz rayonunun Hunanlar kəndində yas mərasimi təşkil olunub. O, bu gün kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, E.Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir.

***

Şəhid hərbçimiz Eşqin Hüseynov dəfn olunub.

Amin Nəzərli