Şəhid Qabil Orucəliyevin qardaşı xərçəngə qalib gəldi - Video

sehid-qabil-oruceliyevin-qardasi-xercenge-qalib-geldi
Oxunma sayı: 750

Şəhid leytenant Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev xərçəng xəstəliyinə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ictimai fəal Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib.

O bildirilib ki, son 8 ayda Türkiyədə müalicə alan İsa Orucəliyev bu gün Naxçıvana qayıdıb. O, hava limanından birbaşa şəhid qardaşı Qabil Orucəliyevin məzarını ziyarət edib.

Qeyd edək ki, İsanın müalicəsi üçün yardım aksiyası təşkil olunmuşdu. Müalicənin ilk mərhələsi xalqın, müxtəlif dövlət qurumlarının dəstəyi ilə qarşılanıb. Sonrakı mərhələnin xərclərini isə Heydər Əliyev Fondu üzərinə götürüb.