Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da rol aldı - Video

semistan-elizamanli-dirilis-ertogrulda-rol-aldi
Oxunma sayı: 8022

Hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin TRT1 kanalında yayımlanan “Diriliş Ərtoğrul” serialında rol alıb.

“Qafqazinfo” xəbər verir ki, o, serialın yeni mövsümünün ilk seriyasında “Ərtoğrul bəy”in obasında məclisdə ozan rolunda “Allah türkə yar olsun” mahnısını oxuyub.

Məlumata görə, sənətçi bu səhnənin çəkilişləri üçün ötən ay Türkiyədə olub.