Şəmkirdə avtomobil aşdı, sürücü öldü

semkirde-avtomobil-asdi-surucu-oldu
Oxunma sayı: 2586

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çənlibel kəndində baş verib. Hərəkətdə olan "Change" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü – 1986-cı il təvəllüdlü Eşqin Abbasov ağır xəsarət alıb. O xəstəxanaya aparılarkən yolda dünyasın dəyişib. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli