Sərdar Aminin yeni kitabının təqdimatı keçiriləcək

serdar-aminin-yeni-kitabinin-teqdimati-kecirilecek
Oxunma sayı: 1723

Yazıçı, publisist Sərdar Aminin yeni kitabı nəşr edilib.

“Qafqazinfo” xəbər verir ki, “Şişirdilən məşhurlar, cırılan maskalar, kölgədə saxlanan şəxsiyyətlər – İfşa” adlanan kitabda yazarın müxtəlif vaxtlarda qələmə aldığı portret yazılar və esselər yer alıb.

Bu müəllifin “Qırmızı tarix” seriyasında ikinci kitabıdır. Seriyanın ilk kitabı isə 2020-ci ildə nəşr olunan “Azərbaycan tarixində atılmış 5 ən yanlış addım”dır.

“Alatoran” nəşriyyatında çap olunan kitabın redaktoru Şərif Ağayardır.

Kitabın təqdimat mərasimi 18 iyun 2022-ci il saat 15:00-da “Misra Book Cafe”də keçiriləcək. Təqdimata hər kəs dəvətlidir. Mərasimdə müəllif digər kitablarını da imzalayacaq.