Sərhədçilərimizi öldürən iranlı belə zərərsizləşdirildi - Video + Foto

serhedcilerimizi-olduren-iranli-bele-zerersizlesdirildi
Oxunma sayı: 21468

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sərhədçilərimizi qətlə yetirən İran vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlu bu gün Yardımlı rayonunda silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

“Qafqazinfo” həmin şəxsin fotolarını və əməliyyat zamanı çəkilən videogörüntünü əldə edib.

İran vətəndaşı Yardımlı rayonunun Zevin kəndində sakinlərdən birinin həyətində ağacda gizlənib. Yeri müəyyən edilərək təslim olunması təklif olunsa da, o, silahlı müqavimət göstərdiyi üçün DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilərək məhv edilib. Əməliyyata helikopter də cəlb edilib.

Qeyd edək ki, 15 may tarixində saat 16:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Murad Əhməd