Sərnişin mikroavtobusu yandı - Foto

sernisin-mikroavtobusu-yandi
Oxunma sayı: 2078

Samux rayonunda sərnişin daşıyan mikroavtobus yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Gəncə-Samux-Sərkar-Ziyadlı xətti üzrə hərəkət edən sərnişin mikroavtobusunda baş verib.

Həmin zaman mikroavtobusda sərnişin olmayıb, sürücü xəsarət almayıb. Lakin avtobus tamamilə yanıb.

Əraziyə FHN-in Samux rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Mikroavtobus söndürülsə də, yararsız hala düşüb.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Yunis Quliyev