“Səsvermə problemsiz başa çatıb” - Türkiyə MSK-nın sədri

sesverme-problemsiz-basa-catib
Oxunma sayı: 1942

“Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yener TRT-nin efirində bildirib.

“Səsvermə başa çatıb. Ayrı-ayrı hadisələr istisna olmaqla, sakit atmosferdə keçib. Bu hadisələrdə yaralananların tezliklə sağalmasını arzulayıram.

Qutuların açılması və səslərin sayılması prosesinə başlanılıb. Komissiya, hesablama məlumatlarının açıqlanmasına qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərar qəbul etmək üçün daha sonra toplanacaq”.