Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərinin başlanmasını elan edib.
"Qafqazinfo" xəbər verir ki, M. Pənahov bildirib ki, səsvermə prosesi saat 8:00- da başlayıb.
Dövlət Himninin səsləndirilməsi ilə seçki prosesinə start verilib.
Hazırda MSK sədrinin mətbuat konfransı keçirilir.
M.Pənahov bildirib ki, bu gün Azərbaycanda tarixi bir gündür: "Milli Məclisə seçkilər keçirilir. Seçkilər 125 dairə üzrə 5573 seçki məntəqədə baş tutacaq. Bütün məntəqələr tam hazır vəziyyətə gətirilib. Saat 8:00-da məntəqələr səsvermə prosesi üçün açıq elan ediləcək.
Məntəqə seçki komissiyasının üzvlərinə bildirirəm ki, onların işini Seçki Məcəlləsinin tələbinə uyğun qurmalıdır. Heç bir tərəfə maneəçilik yaradılmamalıdır. Bu gün məntəqələrin əsas sahibi seçicilərdir. Azərbaycan seçiciləri arxayın ola bilər ki, onların sərbəst və azad səsverməsi üçün bütün şərait yaradılıb".
Günel Türksoy
Fotolar: Nuran Məmmədov

Son xəbərlər
Son Xəbərlər