Səudiyyə Ərəbistanında şahzadə edam olundu

seudiyye-erebistaninda-sahzade-edam-olundu
Oxunma sayı: 9031

Səudiyyə Ərəbistanı hökuməti 3 il əvvəl törətdiyi cinayətə görə şahzadə Turki ben əl-Kəbiri edam edib.

Qafqazinfo”nun “RT”yə istinadən verdiyi məlumata görə, şahzadə əl-Tumam rayonunda Ər-Riyad ətrafında düşmənçilik etdiyi şəxsə atəş açıb. Hadisə nəticəsində həyatını itirən kişinin ailəsi münaqişəyə son qoymaq üçün təklif olunan “qan pulu”ndan imtina edib.

Qeyd olunur ki, edam prosesi kralın razılığı əsasında həyata keçirilib.