“Səudiyyə Ərəbistanı onun necə öldürüldüyünü və ya cəsədinin harada olduğunu bilmir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici işlər naziri Adil əl-Cubeyr Amerikanın “Fox” televiziyasına oktyabrın 2-də İstanbul konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi ilə bağlı səslənən fikirlərə münasibətində bildirib.
O vurğulayıb ki, hökumət Qaşıqçının ölümünə məsuliyyət daşıyanları məhkəmə qarşısına çıxarmaq istəyir.
Nazir faktla bağlı araşdırma aparıldığını, şahzadə, vəliəhd Məhəmməd bin Salmanın hadisədən xəbərsiz olduğunu qeyd edərək jurnalistin ailəsinə başsağlığı verib.

Camal Qaşıqçı
Son xəbərlər
Son Xəbərlər