Sevdiyi qızı vermədilər, özünü asdı - İntiharın təfərrüatı+Yenilənib

sevdiyi-qizi-vermediler-ozunu-asdi
Oxunma sayı: 10012

Bu gün Azərbaycanda daha bir intihar hadisəsi baş verib.

Qafqazinfo”nun bu dəqiqələrdə əldə etdiyi məlumata görə, Biləsuvar rayonu, Əsgərabad kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev özünü asıb.

Hazırda mərhumun meyiti ekspertizaya göndərilib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

E. Nəciyevin intihar etməsinin səbəbləri araşdırılır.

***

Biləsuvar rayonunun Əsgərabad kəndində 35 yaşlı gəncin intiharının bəzi təfərrüatları məlum olub.

"Qafqazinfo" xəbər verir ki, Əsgərabad kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Elşən Nəciyev özünü dayısına məxsus evdə asıb:

“Onun dayısı şəhərdə yaşayırdı. Dayısı öz evini Elşənə verib ki, orda qalsın, həm də nəzarət eləsin. Səhhətində heç bir problem yox idi. Ailə təsərrüfatla məşğul olub. Mal-qara saxlayıblar, öz əllərinin zəhməti ilə dolanırlar. Elşən də işləyib ailəsinə kömək edirdi”.

Kənd sakinləri deyir ki, Elşən Nəciyevin kəndə istədiyi qız olub: “Ailə qurmaq istəyib, qıza elçi göndərib, verməyiblər. Deyirlər ki, o, buna görə intihar edib”.

Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.