Dünən paytaxtın Xətai rayonunda kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı bəzi faktlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölümlə nəticələnən hadisə General Əliağa Şıxlınski küçəsində yerləşən “Abu Hava Green Tone” ailəvi restoranında baş verib. Həmin restoranın iqtisadçı-jurnalist, “P-S Media” şirkətinin rəhbəri Odər Qəniyə məxsus olduğu bildirilir. O, daha əvvəl deputatlığa namizəd də olub.
Oxu.Az-ın məlumatına görə, hadisənin iştirakçısı olmuş 9 nəfərdən biri deputat Arzuxan Əlizadənin oğludur.
Məlumata görə, AMİP əsdri olan A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır.
Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. O, kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dəhşətli cinayətdə öldürülən şəxsin adının Ceyhun olduğu və öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.
Son xəbərlər
Son Xəbərlər